PSJ-nin gürcüstanlı hücumçusu Xviça Kvaratsxeliya və "Sent-Etyen"in yarımmüdafiəçisi Zuriko Davitaşvilinin Kanndakı evləri qarət edilib. Sport24.az xəbər verir ki, bu barədə "Geo Team" X sosial şəbəkəsində məlumat paylaşıb.

 

Mənbənin sözlərinə görə, qızıl-zinət əşyaları, çantalar və saatlar oğurlanıb. Oğurluq futbolçular ailələri ilə birlikdə istirahətdə olarkən baş verib.

 

Qeyd edək ki, Kvaratsxeliya PSJ-nin heyətində Çempionlar Liqasının qalibi olub.