"Olimpiakos" Çempionlar Liqasında "Neftçi"ylə cavab oyunu öncəsi Bakıda məşq etməyəcək. Sport24.az-ın əldə etdiyi məlumata görə, Pirey klubu UEFA-nın qaydalarını pozur.

Məsələ ondadı ki, komanda matç olacaq gündən 1 gün əvvəl saat 12:00-dək rəqibinin şəhərinə gəlib çıxmalıdı. Ancaq "Olimpiakos" saat 17:00-da paytaxtımıza təşrif buyuracaq və hazırlıq keçməyəcək. Pedro Martins görüşdən bir gün əvvəl səhər saatlarında Yunanıstanda komandanı son məşqə çıxararaq ardından səfərə yollanacaq. 

Ən maraqlısı budu ki, "Olimpiakos" Bakıda mətbuat konfransı da təşkil etməyəcək. Bu, Yunanıstanda Zoom-la keçiriləcək. Göründüyü kimi, qaydaları pozan yunanlar Bakıya gələrək birbaşa oyun günü - iyulun 28-də "Bakcell Arena"ya çıxacaq.