Ukrana Premyer Liqasında 2020/21 mövsümünün rəmzi komandası açıqlanıb. Sport24.az xəbər verir ki, "Minay"da çıxış edən millimizin üzvü Anatoli Nuriyev də simvolik "11-lik"də yer alıb.

25 yaşlı yarımmüdafiəçi başa çatan mövsümdə Premyer Liqada 22 oyunda 10 qola imza atıb.

Onu da bildirək ki, "Minay" turnir cədvəlində sonuncu yeri tutaraq Premyer Liqada debüt mövsümündəcə I liqaya qayıdıb.