"Qarabağ" 2014-cü ildən fasiləsiz çıxış etdiyi avrokuboklarda qrup mərhələsində ilkə imza atıb. Sport24.az xəbər verir ki, Qurban Qurbanovun komandası ilk dəfə qrupda mübarizəyə qələbəylə başlayıb.

Bu, həmin əsas mərhələdə yubuley - 10-cu mövsümdə əldə olunub. "Süvarilər" Norveç "Molde"sini Tofiq Bəhramov adına Respublika stadionunda minimal hesabla məğlub etməklə tarixə düşən nəticəyə imza atıblar.

Bunadək 9 mövsümdə UEFA-nın hər 3 turnirinin qrupunda çıxış edən Ağdam klubu ən yaxşı halda 3 dəfə heç-heç-heçəylə, 6 dəfə  məğlubiyyətlə sart götürmüşdü. 

 

"Qarabağ" avrokuboklarda qrupda ilk matçları

2014/15 mövsümü

Avropa Liqası

"Qarabağ" - "Sent-Etyen" (Fransa) - 0:0

 

2015/16 mövsümü

Avropa Liqası

"Tottenhem" (İngiltərə) - "Qarabağ" - 3:1

Qol: Riçard Almeyda-pen

 

2016/17 mövsümü

Avropa Liqası

"Qarabağ" - "Slovan" (Liberets, Çexiya) - 2:2

Qollar Miçel Madera, Rəşad Sadıqov

 

2017/18 mövsümü

Çempionlar Liqası

"Çelsi" (İngiltərə) - "Qarabağ" - 6:0

 

2018/19 mövsümü

Avropa Liqası

"Sportinq" (Portuqaliya) - "Qarabağ" - 2:0

 

2019/20 mövsümü

Avropa Liqası

"Qarabağ" - "Sevilya" (İspaniya) - 0:3

 

2020/21 mövsümü

Avropa Liqqası

"Qarabağ" - "Vilyarreal" (İspaniya) - 1:3

Qol: Ovusu Kvabena

 

2021/22 mövsümü

Konfrans Liqası

"Qarabağ" - "Bazel" (İsveçrə) - 0:0

 

2022/23 mövsümü

Avropa Liqası

"Frayburq" (Almaniya) - "Qarabağ" - 2:1

Qol: Marko Veşoviç 

 

2023/24 mövsümü

Avropa Liqası

"Qarabağ" - "Molde" (Norveç) - 1:0

Qol: Leandro Andrade

 

 

MEHMAN SÜLEYMANOV