Misli Premyer Liqasının 34-cü turunun ikinci oyun gününə Tovuzda yekun vurulacaq. Sport24.az xəbər verir ki, bölgənin eyniadlı təmsilçisi "doğma divarlar" arasında "Neftçi"ni qəbul edir.

 

Qonaqlar üçün bu matçın o qədər də əhəmiyyəti yoxdur. "Ağ-qaralar"ın nə mükafatçılar sırasına düşməyə, nə də avrokuboklara yollanmağa şansı var. Meydan sahibləri isə əksinə, "bürünc" və Konfrans Liqasına vəsiqə uğrunda mübarizə aparır.

 

Qeyd edək ki, Rəşad Əhmədovun ədaləti qoruyacağı qarşılaşmanın start fiti saat 19:30-da səslənəcək.

 

Misli Premyer Liqası

IV dövrə, XXXIV tur

19:30. "Turan Tovuz" - "Neftçi" 1:2

Qollar: Rəhim Sadıxov, 17 - Emin Mahmudov, 10, Dembo Darbo, 32

 

"Turan Tovuz": 41. Sergey Samok, 19. Orxan Əliyev, 17. Rəhim Sadıxov, 88. Faiq Hacıyev, 7. İsmayıl Zülfüqarlı, 9. Kristian da Silva, 23. Alexandro Serrano, 15. Emmanuel Hakman (k), 32. Hayderson Hurtado, 40. Kauan Martins, 21. Aleks Souza

 

Ehtiyat oyunçular: 1. İvan Konovalov, 71. Mehman Hacıyev, 39. Sadiq Quliyev, 33. Eltun Turabov, 10. Xəyal Nəcəfov, 8. Tural Bayramlı, 13. Fərid Yusifli, 77. Veysəl Rzayev, 30. Mircamal Əlizadə, 5. Roderik Miller, 6. Araş Qaderi, 29. Anton Kraçkovski

 

Baş məşqçi: Kurban Berdiyev

 

"Neftçi": 93. Rza Cəfərov (k), 10. Filip Ozobiç, 8. Emin Mahmudov, 19. Azər Salahlı, 91. Ağadadaş Salyanski, 14. Edvin Kuç, 99. Ervin Koffi, 24. Mustafa Sek, 9. Bassala Sambu, 22. Dembo Darboe, 11. Aleks Fernandes

 

Ehtiyat oyunçular: 1. Emil Balayev, 30. Rustam Samigullin, 17. Rəhman Hacıyev, 67. Fariz Xeyrullayev, 78. Elcan Əbilov, 86. Aslan Şirinov, 47. Murad Məmmədov, 88. Andrey Ştoqrin, 18. Ryonosuke Ohori

 

Baş məşqçi: Samir Abasov

Hakimlər: Rəşad Əhmədov, Eyyub İbrahimov, Teymur Teymurov, Kamranbəy Rəhimov
VAR: Nicat İsmayıllı
AVAR: Cəmil Quliyev
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Kifayət Mustafayeva
Tovuz. Şəhər stadionu.