Misli Premyer Liqasının VIII turuna paytaxtda yekun vurulacaq. Sport24.az xəbər verir ki, "Neftçi" öz meydanında "Araz-Naxçıvan"la üz-üzə gələcək.

 

Cari mövsümdə aktivində cəmi bir qələbə olan "ağ-qaralar"ın 3 xal üçün mübarizə aparacağı heç kəs də şübhə doğurmur. Naxçıvan təmsilçisi də liderlər qrupundan uzaq düşməmək üçün bu oyundan xal və ya xallarla ayrılmağı planlaşdırır. Sonda kimin istəyinə çatacağı 90 dəqiqənin tamamında bilincək.

 

Qeyd edək ki, matçın baş hakimi Fərid Hacıyev olacaq və start fiti saat 18:00-da səslənəcək.  

 

Misli Premyer liqası

I dövrə, VIII tur

18:00. "Neftçi" – "Araz-Naxçıvan"
Hakimlər: Fərid Hacıyev, Rəhman İmami, Tərlan Talıbzadə, İslam Məmmədov
VAR: Nicat İsmayıllı
AVAR: Asiman Əzizli
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Elçin Məmmədov
Bakı. "Palms Sports Arena".