"Neftçi"nin yeni transferi Vensan Abubakar "ağ-qaralar"la müqavilə imzalamaq üçün Azərbaycana gəlib. Sport24.az xəbər verir ki, kamerunlu hücumçu klubun mətbuat xidmətinin paylaşdığı videoda 45 nömrəli "Neftçi" forması ilə onu qarşılayanları salamlayıb.
Qeyd edək ki, Vensan Abubakarın son klubu "Hatayspor" olub. 33 yaşlı forvard daha əvvəl "Portu", "Beşiktaş" və "Əl-Nəsr"də çıxış edib.