Bu gün Azərbaycan Basketbol Liqasında III turun növbəti oyunu baş tutacaq. Sport24.az xəbər verir ki, Bakı İdman Sarayında saat 17:00-da NTD və "Abşeron Lions" komandaları üz-üzə gələcək.

 

Bu görüş NTD üçün mövsümdə ilk xalını qazanmaq baxımından əhəmiyyət daşıyır - komanda ilk iki matçını uduzaraq A qrupunun son pilləsində qərarlaşıb.

 

"Abşeron Lions" isə hələ məğlub olmayıb və uğurlu seriyasını davam etdirməyə çalışacaq.

 

Qeyd edək ki, "Neftçi" - "Gəncə" qarşılaşması Bakı təmsilçisinin avrokubok oyununda iştirakı səbəbindən müvəqqəti olaraq təxirə salınıb.

Qeyd edək ki, turun digər matşlarında nəticələr belə olub: "Lənkəran" – "Naxçıvan" 82:91, "Ordu" – "Sərhədçi" 85:73, "Sabah" – "Şəki" 85:66, "Sumqayıt" – "Quba" 88:98.