"Mançester Siti"nin və Özbəkistan millisinin müdafiəçisi Abdukodir Xusanovun zədəsini gələn həftəyə kimi sağaldacaq. Sport24.az xəbər verir ki, bu barədə özbək jurnalist Davron Fayziev öz  telegram kanalında yazıb.

 

"Şəhərlilər"in müdafiəçisinin əvvəlcə İngiltərə Premyer Liqasının 8-ci turunda "Everton"a 2:0 hesabı ilə qalib gəldiyi oyunda geri dönəcəyi gözlənilirdi.

 

Qeyd edək ki, Xusanov Premyer Liqanın 5-ci turunun London "Arsenal"ı ilə matçda zədələnib. 21 yaşlı müdafiəçi mövsümün əvvəlində 5 matçda meydana çıxıb.