Misli Premyer Liqasının VIII turu Abdullah Zubir üçün əlamətdar olub. Sport24.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, "Qarabağ"ın fransalı legioneri Premyer Liqada 50-ci qolunu vurub.
O, "Turan Tovuz"la səfər oyununda (2:1) fərqlənib.
Zubir çempionatdakı 193-cü matçında 50-yə çatıb. Bütün qollarını Ağdam klubunda vuran yarımmüdafiəçi ölkə çempionatının yüksək dəstəsində 50 və daha çox qol vuran 42-ci futbolçu olub.
Zubir həm də "Qarabağ"ın heyətində ümumilikdə 72-ci qolunu vurub. Bütün turnirlərdə 325 matça çıxan fransalı klub tarixinin bombardirləri siyahısında 2-ci yerə yüksəlib.
O, 71 qol vuran Mahir Emrelini arxada qoyub. Zubir yalnız 159 qolun müəllifi olan Müşfiq Hüseynovdan geri qalıb
1. Nazim Əliyev - 183
2. Müşfiq Hüseynov - 125
3. Rövşən Əhmədov - 116
4. Qurban Qurbanov -115
5. Samir Ələkbərov - 115
6. Alay Bəhramov - 108
7. Nadir Nəbiyev - 103
8. Xaqani Məmmədov - 102
9. Vadim Vasilyev - 102
10. Kənan Kərimov - 101
11. Musa Qurbanov - 94
12. Fazil Pərvərov - 89
13. Samir Musayev - 88
14. Fərrux İsmayılov - 85
15. İmamyar Süleymanov - 85
16. Samir Əliyev - 84
17. İsmayıl Məmmədov - 76
18. İlham Məmmədov - 74
19. Azər İsayev - 73
20. Paşa Əliyev - 72
21. Badri Kvaratsxeliya - 71
22. Zaur Ramazanov - 70
23. Filip Ozobiç - 67
24. Yunis Hüseynov - 66
25. Vidadi Rzayev - 65
26. Mahir Əliyev - 65
27. Rauf Əliyev - 63
28. Mahmud Qurbanov - 61
29. Ramiz Məmmədov - 61
30. Georgi Adamiya- 61
31. Mahir Emreli - 59
32. Rəşad Abdullayev - 58
33. Davit Volkov - 56
34. Vaqif Cavadov - 53
35. Amil Yunanov - 52
36. Riçard Almeyda - 51
37.Həsən Abdullayev - 51
38. Viktor İqbekoyi - 50
39. Vüqar Qəmbərov - 50
40. Mehman Baxışov - 50
41. Yalçın Bağırov - 50
42. Abdullah Zubir - 50