"Sanderlend", "Milan" və "Liverpul"un sabiq oyunçusu Fabio Borini "Salford"la müqavilə imzalayıb. Sport24.az xəbər verir ki, bu barədə dördüncü liqada çıxış edən klubun mətbuat xidməti məlumat yayıb.

 

34 yaşlı italyan yeni komandasının heyətində dünən "Oldhem"lə matçda (1:0) debüt edib. O, əvəzetmədən meydaba çıxıb.

 

Qeyd edək ki, Borini "Çelsi" ilə Premyer Liqanın, İngiltərə Kubokunun və İngiltərə Super Kubokunun qalibidir. O, həmçinin "Sampdoria", "Roma", "Verona", "Karagümrük" kimi klubların formasını geyinib.