İngiltərənin "Nottingem Forest" klubu baş məşqçisi Angelos Postekoqlu ilə yolları ayırıb. Sport24.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb..
Premyer Lia təmsilçisi ötən gün 8-ci tur çərçivəsində öz meydanında "Çelsi"yə 0:3 hesabı ilə uduzub. Oyundan sonra klubun yaydığı açıqlamada bildirilib ki, Postekoqlu bir sıra məyusedici nəticələrdən sonra dərhal vəzifəsindən azad edilib.
Komanda ötən gün uduzmaqla bütün yarışlardakı qələbəsiz seriyasını 10 matça çatdırıb. Nottingem təmsilçisi hazırda 5 xalla turnir cədvəlinin 17-ci pilləsində qərarlaşıb.
Yunan əsilli avstraliyalı mütəxəssis sentyabrın 8-də bu kluba baş məşqçi təyin edilmişdi.
Qeyd edək ki, 60 yaşlı çalışdırıcı 2024/25-cü illər mövsümündə "Tottenhem"i çalışdırıb və komanda Avropa Liqasının qalibi olub.