"Real"ın və İspaniya millisinin keçmiş qapıçısı İker Kasilyas 2019-cu ildə infarkt keçirməsindən sonra "Barselona"nın keçmiş futbolçusu Lionel Messidən aldığı zənglə bağlı təsirli əhvalat paylaşıb. Sport24.az xəbər verir ki, veteran qolkiper bununla bağlı sosial şəbəkə hesabında paylaşım edib:

 

"2019-cu ildə infarkt keçirdim və təcili xəstəxanaya aparıldım. Ertəsi gün mənə naməlum nömrədən zəng gəldi... Məlum oldu ki, Messidir. O, "Salam, İker. Nömrəni məndə yox idi, Pikedən almışam. Ümid edirəm ki, tezliklə sağalacaqsan. Sənə gül göndərdim".

 

Xatırladaq ki, Kasilyas o vaxtdan təqaüdə çıxıb, Messi isə İnter Mayamidə oynamağa davam edir.