Neftçi" PFK-nın yeni mövsüm öncəsi açıq məşqi təşkil olunacaq. Sport24.az xəbər verir ki, məşq iyulun 18-i, saat 18:00-da "Palms Sports Arena"da başlanacaq.

 

Komandanın hazırlığını canlı izləmək üçün "Forza Neftçi" Azad Azarkeş Qrupu ilə yanaşı, bütün azarkeşlərimizi tribunalarda gözləyəcəyik. Stadiona giriş sərbəstdir. Saat 16:00-dan etibarən "Palms Sports Arena"da yerləşən rəsmi mağazanın da qapılarını qonaqlar üçün açılacaq. Azarkeşlərin ən geci saat 17:30-da stadionda olması tövsiyə edilir.

 

Açıq məşqə KİV nümayəndələri də dəvətlidir. Onlar üçün məşqdən əvvəl "Neftçi" PFK-nın baş icraçı direktoru Cenk Sümer və baş məşqçi Yuri Vernidubun iştirakı ilə brifinq təşkil ediləcək.