"Aston Villa"nın futbolçusu Olle Vatkins karyerasını Türkiyədə davam etdirə bilər. Sport24.az xəbər verir ki, "Fənərbağça" ingiltərəli hücumçunu transfer etmək istəyir.

 

Bu barədə "Takvim" nəşri məlumat yayıb. İstanbul klubunun Vatkins üçün Birmingem təmsilçisinə 35 milyon avro təklif etdiyi bildirilib. Tərəflər arasında danışıqlar artıq başlayıb.

 

"Fənərbağça" bundan öncə "Marsel"dən 39 milyon avro qarşılığında Meyson Qrinvudu transfer edib.