"Kəpəz"dən ayrılan Ehtiram Şahverdiyevin yeni klubu müəyyənləşib. Sport24.az xəbər verir ki, o, "Səbail"ə keçib.

 

Bu barədə 1-ci liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

 

29 yaşlı yarımmüdafiəçi ilə imzalanan müqavilənin detalları hələlik açıqlanmayıb.

 

Xatırladaq ki, Ehtiram Şahverdiyevin son klubu "Kəpəz" olub. O, 2023-2026-cı illərdə bu komandada oynayıb. Həmçinin Şahverdiyev karyerası ərzində "Turan Tovuz", "Qəbələ" və "Sumqayıt"ın da formasını geyinib.