"Neftçi" Misli Premyer Liqasının 2-ci turunda qarşılaşacağı "İmişli" klubu ilə matçın hazırlığını başa vurub. Sport24.az xəbər verir ki, komandanın üzvləri bu gün "Palms Sports" Futbol Mərkəzində oyunöncəsi son məşqə çıxıblar.

 

"Ağ-qaralar" hazırlıq prosesindən sonra Şamaxıya yola düşüb.

 

Qeyd edək ki, avqustun 22-də Şamaxı şəhər stadionunda keçiriləcək "İmişli" – "Neftçi" oyunu saat 17:00-da başlanacaq.