"Matçın ilk hissəsində çoxlu nikbinlik var idi. Bu səbəbdən razı qaldım. Qol imkanları yaratdıq və hesabı açmaq üçün də imkanlarımız oldu". Sport24.az xəbər verir ki, bunu Polşanın "Qurnik" (Leçna) klubunun baş məşqçisi Kamil Keres "Neftçi"yə 0:1 hesabı ilə uduzduqları yoxlama oyunu barədə deyib.

48 yaşlı mütəxəssis birinci yarıda topa rəqibdən daha çox nəzarət etdiklərini bildirib: "İkinci hissədə isə yeni futbolçulara şans verdik, səhvlərimiz çox oldu. Son 15 dəqiqə də bizim üstünlüyümüzlə keçdi. Qapıya zərbələr endirdik, amma hesabı bərabərləşdirmək mümkün olmadı".