"Neftçi" ilk transferini Azərbaycan Kubokunun finalından dərhal sonra açıqlayacaq. Sport24.az-ın əldə etdiyi məlumata görə, "ağ-qaralar" millimizin üzvü Filip Ozobiçlə demək olar ki, bütün məsələlərdə ortaq məxrəcə gəliblər.

Xorvatiya əsilli 32 yaşlı pleymekerlə 2 illik sövdələşmə imzalanacaq.

Bu, Ozobiçin ölkəmizdəki sayca 3-cü klub olacaq. Daha öncə Filip "Qəbələ" və "Qarabağ"ın şərəfini qoruyub və hər iki komandanın heyətində Avropa Liqasının qrup mərhələsində iştirak etməyi bacarıb. Ozobiç Ağdam təmsilçisi ilə 4 dəfə Azərbaycan çempionu tituluna yiyələnib.