Azərbaycan Premyer Liqasının sabah keçriləcək XXVII turunda iki futbolçunun cəzalı duruma düşüb. Sport24.az xəbər verir ki, bunlar "Qəbələ"nin müdafiəçisi Murad Musayevlə "Neftçi"nin braziliyalı hücumçusu Tyaqo Bezerradır.

Hər iki oyunçu  cari çempionatda 4-cü sarı vərəqəsini alıb. Bu üzdən “Qəbələ” Musayevin xidmətindən "Şamaxı"yla, “Neftçi” isə Bezerranın "Zirə"ylə səfər matçında xidmətindən məhrum olacaq. .