“Neftçi”nin çalışdırıcısı Laurentsiu Regekampf Rumıniyanın daha bir klubunun baş məşqçi postuna əsas namizəddir.

Sport24.az Rumıniya mətbuatına istinadən xəbər verir ki, “Universitatya” (Krayova) klubu Mirel Redoyun istefasından sonra “ağ-qaralar”ın 47 yaşlı baş məşqçisini yenidən bu posta gətirməyi düşünür.

Xəbərdə “Neftçi”nin rumıniyalı baş məşqçi ilə vidalaşa biləcəyi vurğulanıb.

Regekampf 2021/22 mövsümündə “Universitatya Krayova”da çalışıb. Daha əvvəl onun “Styaua”ya dönmək ehtimalının olduğu da bildirilirdi.