"Azər Əliyev yazıldığı kimi, Bakıda deyil, Antalyadan bizimlə birlikdə gəlməyib. O, əvvəl də bildirdiyimiz kimi, danışdığımız və heyətimizə təkidlə qatmaq istədiyimiz futbolçudu". Bu fikirləri Sport24.az-a açıqlamasında Antalyata toplanışını dünən başa vuraraq Vətənə dönən "Neftçi"nin mətbuat xidmətinin rəhbəri Rüstəm Allahverdiyev deyib.

O, Rusiya Premyer Liqa təmsilçisi "Ufa"da çıxış edən Azərbaycan əsilli futbolçu Azər Əliyevin gözlənilən transferi ilə bağlı son durumdan danşıb. Allahverdiyev 27 yaşlı hücumameyyli yarımüdafiəçi ilə hal-hazırda danışıqların davam etdiyini diqqətimizə çatdırıb: "Müqavilənin şərtləri, digər şərtlər və məsələlər müzakirə olunur. Ümid edirik ki, ortaq məxrəcə gələ biləcəyik və tezliklə Azərin də transferi rəsmiyyətə çevriləcək. Amma hələ ki bununla bağlı ümumiyytələ, rəsmi bir şey yoxdu. Rəsmi müqavilənin imzlanması ilə bağlı danışıqlar hazırda da gedir".

Xatırladaq ki, adı millimiz komandamız ətrafında da hallanan Azərin "Ufa"yla cari mövsümün sonunadək müqaviləsi var. 

 

 

MEHMAN SÜLEYMANOV