Azərbaycan Kubokunda 1/8 final mərhələsindən azad olan "Neftçi" zədə "kabus"undan yaxa qurtara bilmir. Sport24.az xəbər verir ki, Misli Premyer Liqasının son turunda "Qəbələ"ylə ev matçında zədələnərək əvəzlənən seneqallı mərkəz müdafiəçisi Mamadu Mbodj hələ də müalicə alır. Digər mərkəz müdafiəçisi - serbiyalı Vojislav Stankoviç ikitərəfli oyunda xəsarət alıb. Yarımmüdafiəçi Fərid Yusifov hələ tam sağalmayıb və fərdi çalışır. Cinah oyunçusu İsmayıl Zülfüqarlıda da zədə problemi yaranıb.
"Neftçi"nin legioneri Kenni Sayefdə həm zədə, həm də cəza problemi var. Məlumdu ki, bu yarımmüdafiəıçi son turda 4-cü sarı vərəqə alaraq cəzalı duruma düşüb. Yəni, "Səbail"lə qarşıdakı turda "Bakcell Arena"dakı bazar gükü matçı buraxacaq, bundan sonra həmi arenada "Qarabağ"la derbiyə qayıdacaq. Komandasının Kubokun hazırkı mərhələsidə oynamadığını nəzərə alsaq, bu pauzada Vətəninə yollana bilərdi. Amma dizində problem olduğundan fürsətdən istifadə edərək bunun müalicəsiylə məşğuldu.
Komandanın legionerlərindən gürcü müdafiəçi Solomon Kverkveliya ilə belaruslu hücumçu Yeqor Boqomolski dügəryəyə problemsiz qayıdblar. Sadəcə, "Neftçi"nin digər gürcü futbolçusu Dato Arveladze hələ də tam sağalmayıb. Bu yerdə bildirək ki, bu hüqumçu 2 aylıq zədədən sonra artıq oynasa da, problemi tam arxada qalmayıb.
"Neftçi"də xeyli vaxtdı zədədən əziyyət çəkən müdafiəçi Azər Əliyevlə yarımmüdafiəçi Eddi İsrafilov artıq komandayla məşq edirlər. Bu yay əməliyyat olunan paravqvaylı pleymeykey Sezar Meza Kollinin bərpa prosesi davam edir və onu yaşıl meydanda yalnız qış fasiləsindən sonra görə biləcəyik.