“Neftçi” qapıçı Səlahət Ağayev ilə başa çatan müqaviləni yeniləməyib. Sport24.az xəbər verir ki, son Azərbaycan çempionu 30 yaşlı qolkiperə göstərdiyi xidmətə görə ona təşəkkür edir, gələcək karyerasında uğurlar arzulayır. Ağayev “Neftçi”də keçirdiyi 4 mövsüm ərzində 70 oyunda meydana çıxıb.
Xatırlada qki, "Neftçi" yay fasiləsində bunadək legionerlərlə - albaniyalı yarımmüdafiəçi Bruno Teluşi ilə bolqar hücumçu Ahmed Admedovla vidalaşmışdı.