"Neftçi" Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışı çərçivəsində ilk yoxlama matçını bu gün keçirib. Sport24.az xəbər verir ki, son çempon Macarıstanın "Kişvarda" klubuyla qarşılaşıb.

"Neftçi TV” vasitəsilə canlı yayımlanan görüş son çempionumuzz ilk hissənin ortasında 3 dəqiqəyə 2 qol buraxsa da, sonradan bunun əvəzini çxa bildi və Antalyada əzzmkaar bərabərliklə başlayıb. 

Xatırladaq ki, Manavqat bölgəsindəki “The Sense De Luxe” otelində məskunlaşan “ağ-qaralar” qardaş ölkədə 3 sınaq matçı keçirməyi planlaşdırır. “Neftçi”nin ikinci rəqibi ayın 19-da Polşanın “Visla” (Plotsk), üçüncü rəqibi 24-də Bolqarıtsanın "MOİK - 1948" klubu olacaq. 

Yoxlama matçı

14 yanvar

17:00. "Neftçi" - "Kişvarda" (Macarıstan) - 2:2 

Qol: Emin Mahmudov, 42, Ramin Nəsirli, 71

"Neftçi": 12. Kamran İbrahimov, 4. Huqo Basto, 6. Voislav Stankoviç, 8. Emin Mahmudov, 14. Eddi İsrafilov, 20. Mert Çelik, 22. Mirabdulla Abbasov, 24. Yusuf Laval, 37. Vüsal Əsgərov, 82. Rüfət Abbasov, 97. Xəyal Nəcəfov

Baş məşqçi: Samir Abasov