"Molde"nin iki futbolçusu sentyabrın 21-də Avropa Liqasının qrup mərhələsinin ilk turunda "Qarabağ"la səfər oyununu buraxacaq. Sport24.az xəbər verir ki, bunlar müdafiəçi Martin Linnes və yarımmüdafiəçi Erlinq Knudtsondur.

Norveç mətbuatı yaydığı məlumata görə, hər iki oyunçu Çempionlar Liqasının pley-off mərhələsinin "Qalatasaray"la cavab görüşündə sıradan çıxıb. Onların bərpa müddəti bəlli deyil. .

Xatırladaq ki, "Qarabağ" - "Molde" görüşü saat 20:45-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.