"Səfərdə millimizin iki çətin oyunu var. Həm Avstriya, həm də İsveç çox güclü komandalardı. Milliyə uğurlar arzu edirəm". Bu sözləri Sport24.az-a açıqlamasında milli komandamızın qapıçılar üzrə sabiq məşqçisi Rauf Mehdiyev deyib.

Millinin AVRO-2024-ün seçmə mərhələsindəki oyunlarında söz açan mütəxəssis nəticəyə ümidlidi: "Çətin oyunlar olacağını demək istəyirəm. Amma xal qazana bilərik. Fikrimcə, ilk oyun olduğu üçün hər kəs canla-başla çıxış edəcək. Üç xal daha yaxşı olardı, amma düşünürəm ki, heç-heçə də pis nəticə olmaz".

Qeyd edək ki, AVRO-2024-ün seçmə mərhhələsində milli komandamız bu axşam səfərdə Avstriya, 3 gün sonra isə İsveçlə qarşılaşacaq.

 

 

KAMAL RZA