Bu gün Azərbaycanın qadın futbolçulardan ibarət yığması DÇ-2027-nin seçmə mərhələsində ikinci matçını keçirəcək. Sport24.az xəbər verir ki, C Liqasının 3-cü qrupunda yer alan millimiz səfərdə Macarıstan millisi ilə üz-üzə gələcək.
Qarşılaşma Felksutdakı "Panço Arena"da, Bakı vaxtı ilə saat 17:30-da start götürəcək. Görüşü Portuqaliyadan olan baş hakim Filipa Pereyra Kunya idarə edəcək.
Qeyd edək ki, milli seçmə mərhələdəki ilk görüşündə Şimali Makedoniya kollektivi üzərində 2:0 hesablı qələbə qazanmışdı. Macarıstanla oyun İdman TV" vasitəsilə canlı yayımlanacaq.