"Barselona"nın hücumçusu Robert Levandovski gələcəyi ilə bağlı fikirlərini bölüşüb. Sport24.az xəbər verir ki, polyak futbolçu bununla bağlı "Sky Sports"a danışıb:

 

"Bundan sonra nə etmək istədiyimə qərar vermək üçün özümə təxminən üç ay vaxt verəcəyəm. "Barselona" bizə lazım olan hər şeyi verir və ailəmlə birlikdə burada özümüzü çox rahat hiss edirik".

 

Qeyd edək ki, 37 yaşlı futbolçunun Kataloniya klubu ilə müqaviləsi iyunda başa çatır. O, bu mövsüm 32 oyunda meydana çıxıb, 14 qol vurub və 1 məhsuldar ötürmə edib. "Barselona" isə hazırda 64 xalla turnir cədvəlinə başçılıq edir. Ondan bir xala geri qalan "Real" ikincidir.