"Sumqayıt"ın son turlarda eniş yaşaması, ölkə kubokunda mübarizəni dayandırması yerli azarkeşləri özündən çıxarıb. Ölkə kubokunun 1/4 final mərhələsinin cavab oyunu çərçivəsində "Zirə" ilə matçdan sonra futbolçulara etriaz edən sumqayıtlı fanatlar daha bir sərt addım atmağa qərar verib. Bu barədə Sport24.az-a etibarlı mənbədən məlumat daxil olub.

 

"Gənclik şəhəri"nin təmsilçisinin rəsmi fanklubu komandanın bu gün səfərdə keçirəcəyi "Karvan-Yevlax"la görüşünü boykot edəcək. Fanatlar bununla bir daha futbolçulara etirazını bildirmək istəyir. Fanklub üzvlərindən biri saytımıza açıqlamasında "daim "Sumqayıt"ın yanında olmuşuq. Cari mövsümdə istər ev, istərsə də səfər qarşılaşmalarında futbolçuları dəstəkləmişik. Ancaq "Karvan-Yevlax"la görüşü boykot etməyə qərar verdik. Cari "futbol ili"ndə ilk dəfə bu addımı atırıq" söyləyərək, qərarın nəticələrə uyğun davam edəcəyini də bildirib. 

 

Qeyd edək ki, bu görüş ərəfəsində aktivində 31 xal olan "Sumqayıt" turnir cədvəlində 6-cı pillədə qərarlaşıb.