"Real" yarımmüdafiəçisi Arda Güler İspaniya La Liqasının 27-ci turunda "Selta" ilə oyunda (2:1) məhsuldar ötürmə müəllifi olub. Sport24.az xəbər verir ki, bununla da 21 yaşlı türk futbolçu cari mövsümdə bütün turnirlərdə məhsuldar ötürmələrin sayına görə "Mançester Yunayted"in  yarımmüdafiəçisi Bruno Fernandeşə çatıb. Hər iki oyunçu 15 dəfə komanda yoldaşlarının fərqlənməsində pay sahibi olub. 

 

Qeyd edək ki, ilk "üçlüy"ə "Bavariya"nın futbolçusu Makl Olise başçılıq edir. O, 2025/26 mövsümündə 23 məhsuldar ötürmə edib.