"Tottenhem" rəhbərliyi fevralın 14-də baş məşqçi vəzifəsinə təyin olunan İqor Tudoru istefaya göndərməyi düşünür. Sport24.az xəbər verir ki, bu barədə "The Telegraph" nəşri məlumat yayıb.
Xorvatiyalı məşqçinin rəhbərliyi altında "Tottenhem" üç oyun keçirib və hamısında məğlub olub: "Arsenal"a (1-4), "Fulhem"ə (1-2) və "Kristal Pelas"a (1-3) qarşı.
Rəhbərlik komandanın nəticələrindən və İngiltərə Premyer Liqasından düşmə riskinin artmasından narahatdır. Son məğlubiyyət rəsmilərin səbr kasasını bir qədər də daşdırıb.
Qeyd edək ki, "Tottenhem"in gələn mövsüm üçün Roberto De Zerbi ilə danışıqlar apardığı da bildirilir. De Zerbinin son iş yeri "Marsel" olub.