"İnter Mayami"nin sahibi Xorxe Mas klubun argentinalı ulduzu Lionel Messinin illik maaşını açıqlayıb. Sport24.az xəbər verir ki, o, bu barədə "Bloomberg"ə danışıb:

 

"Dünya səviyyəli sponsorlara ehtiyacımın olmasının səbəbi oyunçuların baha olmasıdır. Messiyə ildə 70-80 milyon dollar arasında maaş verirəm. Ancaq argentinalı futbolçu ona ödənilən hər qəpiyin qarşılığını verir".

 

Qeyd edək ki, Messi 2023-cü ilin iyulundan "İnter Mayami"nin formasını geyinir. O, MLS təmsilçisinin heyətində meydana çıxdığı  90 oyunda 79 qol vurub və 44 məhsuldar ötürmə edib.