Türkiyənin "Gənclərbirliyi" klubunun yeni baş məşqçisi müəyyənləşib. Sport24.az xəbər verir ki, Ankara təmsilçisini Volkan Demirel çalışdıracaq.

 

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

 

44 yaşlı mütəxəssislə 2027-ci ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb.

 

Qeyd edək ki, Volkan Demirel 2025-ci ilin 7 dekabr tarixində "Gənclərbirliyi"dən ayrılmışdı.