"İnter" və Argentina millisinin hücumçusu Lautaro Martines ambisiyaları haqqında, futbolda yüksəlmək istədiyi zirvə barədə danışıb. Argentinalı parlaq karyerasına baxmayaraq, hələ də arzularla yaşadığını etiraf edib. Sport24.az xəbər verir ki, o, qonaq olduğu proqramların birində bu barədə açıqlama verib:

 

"Dünya çempionatını qazanmaq futbolda ən vacib şeydir. Amma hələ də nail olmaq istədiyim arzu Çempionlar Liqasını qazanmaqdır".

 

Lautaro həmçinin "İnter"in bütün zamanların ən çox qol vuran oyunçular siyahısında üçüncü yerə yüksəlməsi barədə də açıqlama verib:

 

"Heç vaxt buna nail olacağımı təsəvvür etmirdim. Amma zəhmət və sədaqətlə hər şeyə nail olmaq mümkündür. "İnter" bir ehtirasdır. Kapitan sarğısını ilk dəfə taxmaq, "San Siro"da vurduğum hər qol kimi, təsvir edilə bilməyən bir hissdir".