Futbol üzrə qadınlardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində sonuncu oyununu keçirib. Sport24.az xəbər verir ki, Siyasət Əsgərovun baş məşqçi olduğu komanda Moldova yığmasını qəbul edib.

"ASK Arena"da baş tutan görüş meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Qarşılaşmada yeganə qolu 46-cı dəqiqədə Aysun Əliyeva vurub. Qrupun digər matçında İspaniya Polşanı sınağa çəkəcək.

Qeyd edək ki, bu qalibiyyətdən sonra ilk xallarını qazanan Azərbaycan millisi yer aldığı D qrupunu sonuncu pillədə başa vurub.