Çimərlik futbolu üzrə Azərbaycan yığması təlim-məşq toplanışı çərçivəsində ikinci yoxlama oyununu keçirib. Sport24.az xəbər verir ki, rəqib Belarus komandası olub.

 

Su İdmanı Sarayının çimərlik futbolu meydançasında baş tutan qarşılaşmada Belarus futbolçuları 3:2 hesabı ilə qalib gəliblər. Bir gün əvvəl komandalar arasında keçirilən ilk yoxlama görüşü də rəqibin qələbəsi ilə yekunlaşıb (4:2).

 

Qeyd edək ki, avqustun 1-dən yeni baş məşqçisi Sahib Məmmədovun rəhbərliyi altında təlim-məşq toplanışına başlayan Azərbaycan milli komandasının hazırlığı ayın 31-dək davam edəcək.