Misli Premyer Liqasında 30-cu turun oyunlarını stadionlardan izləyən azarkeşlərin sayı müəyyənləşib. Sport24.az-ın məlumatına görə, altı matçda 6714 fanat qeydə alınıb.

Ən çox tamaşaçı sayı "Qarabağ" – "Turan Tovuz" matçında qeydə alınıb — 2414 nəfər.

Qeyd edək ki, 31-ci tur mayın 8-də start götürəcək.