"Yuventus" "Liverpul"un qapıçısı Alissonla şəxsi müqavilə şərtlərini razılaşdırıb. Sport24.az xəbər verir ki, bu barədə insayder Nikolo Skira sosial şəbəkə hesabında paylaşım edib.

 

Tərəflər mövsümə 5 milyon avro maaşla 2029-cu ilə qədər müqavilə bağlamaq barədə razılığa gəliblər.

 

"Yuventus" hazırda braziliyalı qapıçını bu yay satıb-satmayacağı ilə bağlı hələlik yekun qərar verməmiş "Liverpul"la razılığa gəlməyə çalışır.

 

Qeyd edək ki, Alissonun "qırmızılar"la müqaviləsi 2027-ci ilin yayına qədərdir. Bu mövsüm o, bütün turnirlərdə 34 oyun keçirib və 13 dəfə qapısını toxunulmaz saxlayıb.