"Mançester Yunayted"lə müqaviləsi mövsümün sonunda başa çatan Kazemiro gələcəyi ilə bağlı danışıb. Sport24.az xəbər verir ki, ESPN televiziyasına açıqlama verən braziliyalı yarımmüdafiəçi klubdan ayrılacağını təsdiqləyib:
"Daha bir il qalmağın mümkün deyil. Dörd gözəl, möhtəşəm il idi. Təkcə "Mançester Yunayted"ə deyil, həm də azarkeşlərə sonsuz minnətdaram. Amma mənim dövrüm burada başa çatdı. Ümid edirəm ki, son günümdə ağlamayacağam. Azarkeşlər daha bir il qalmağımı istəyəndə həyat yoldaşım artıq ağladı. Beləliklə, sadəcə bütün anlardan zövq almaq istəyirəm. Ömrümün sonuna qədər "Yunayted" azarkeşi olacağam".
Qeyd edək ki, "Mançester Yunayted" Kazemironu 2020-ci ilin yayında "Real"dan 70 milyon avroya transfer edib. Braziliya millisinin üzvü bu mövsüm "qırmızı şeytanlar"ın heyətində meydana çıxdığı 34 rəsmi matçda 9 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.