"Arsenal" Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab oyununda "Atletiko"ya qalib gəlib – 1:0. Sport24.az xəbər verir ki, bu, London klubunun mövsümdəki 41-ci qələbəsi olub.
"Arsenal" qalibiyyət sayında rekordunu təkrarlayıb.
"Topçular" sonuncu dəfə 1970/71 mövsümündə 41 qələbə qazanmışdı.