"Mançester Yunayted"in əfsanəsi Ueyn Runi "Arsenal" oyunçularını Çempionlar Liqasının finalına vəsiqə qazanmalarını təmtəraqlı şəkildə qeyd etmələrini tənqid edib. Sport24.az xəbər verir ki, o, bu barədə "Daily Mail" qəzetinə açıqlama verib:
"Onlar finala çıxmağa layiqdirlər, amma hələ qalib gələ bilməyiblər. Düşünürəm ki, qeyd etmələr bir az həddindən artıqdır. Turnirin qalibiyyətini qeyd etməlidirlər!"
Qeyd edək ki, dünən "topçular" evdə "Atletiko"nu 1-0 hesabı ilə məğlub etməklə həlledici görüşdə oyunda oynamaq hüququ qazanıblar.