"Sassuolo"nun futbolçusu İsmael Kone yayda komandasını dəyişə bilər. Sport24.az xəbər verir ki, İtaliyanın "Milan" və İngiltərənin bir neçə klubu yarımmüdafiəçinin xidmətində maraqlıdır.
Bu barədə insayder Fabrizio Romano məlumat yayıb.
Konenin müqaviləsində 35 milyon avroya sərbəst qalar bəndi var. Klublar yayda bundan istifadə etmək niyyətindədir.
Kanadalı futbolçu bu mövsüm A Seriyasında 32 oyunda 6 qol vurub.