"Qubada növbəti önəmli qələbələrimizdən birini qazandıq və çempionluq yolunda daha bir addım irəlilədik". Bu sözləri Bu sözləri Sport24.az-a açıqlamasında "Xankəndi"nin futbolçusu Tural Qürbətov deyib.

Təcrübəli futbolçu komandasının İkinci Liqanın 25-ci turunda "Quba" üzərində qələbəsini şərh edib:

"Stadion və azarkeş amilini nəzərə alaraq, bizi çətin oyunun gözlədiyini bilirdik. Çempionatın sonuna iki tur qaldığı üçün komandada müəyyən psixoloji gərginlik var idi. Buna baxmayaraq, oyuna ciddi yanaşdıq və nəticədə istəyimizə nail olduq. Son turlarda tam formada olmadığım üçün az oyun şansı qazanırdım və bu da qol sayına təsir edirdi. Amma bu gün özümü yaxşı hiss etdim və dubla imza atdım. Artıq tam hazıram və inanıram ki, növbəti oyunlarda da komandama faydalı olub, qollarımla töhfə verməyə davam edəcəm".

Qeyd edək ki, 25 turdan sonra aktivində 70 xal olan "Xankəndi" turnir cədvəlinin zirvəsində qərarlaşıb.