Milli komanda bu gün Millətlər Liqasında mübarizəyə start verəcək. Sport24.az  xəbər verir ki, C liqasının 1-ci qrupunda yer alan yığma I turda İsveçlə üz-üzə gələcək.

 

İsveçlə qarşılama Fernandu Santuşun ölkənin əsas komandasının "sükanı arxasında" ilk oyunu kimi tarixə düşəcək. Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək görüşü Macarıstandan olan hakimlər briqadası idarə edəcək.

 

Qeyd edək ki,  milli növbəti matçını sentyabrın 8-də səfərdə Slovakiyaya qarşı keçirəcək.

 

 

Millətlər Liqası, C liqası, 1-ci qrup

I tur

20:00. Azərbaycan - İsveç 1:3 ( 2-ci hissə)

Qollar: R.Dadaşov, 81 - A.İsak, 65; 72. V. Qyökeres, 80-pen.

Ramil Şeydayev penaltidən yararlana bilməyib, 45+6

Hakimlər: Balazs Berke, Vencel Toth, Balazs Szert, Csaba Pinter (hamısı Macarıstan)

Bakı. Tofiq Bəhramov adına Respublika Stadionu

Azərbaycan: 23. Mehdi Cənnətov, 22. Abbas Hüseynov, 4. Bəhlul Mustafazadə, 15. Bədavi Hüseynov, 3. Elvin Cəfərquliyev, 20. Aleksey İsayev, 8. Emin Mahmudov (k), 7. Coşqun Diniyev, 11. Ramil Şeydayev, 9. Renat Dadaşov, 17. Toral Bayramov

Baş məşqçi: Fernandu Santuş

İsveç: 12. Viktor Yohansson, 6. Lüdviq Auqustinsson, 4. İsak Hien, 2. Aleks Duqlas, 3. Linus Valqvist, 18. Yasin Ayari, 19. Mattias Svanberg, 11. Antoni Elanqa, 9. Aleksander İsak, 21. Deyan Kuluşevski, 17. Viktor Qyökeres

Baş məşqçi: Yon Dal Tomasson