"Qarabağ" klubu Serbiya millisinin sabiq futbolçusu Duşan Tadiçi heyətinə qata bilər. Sport24.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Ağdam təmsilçisi 2024/2025 mövsümünün sonunda "Fənərbağça"dan ayrılan təcrübəli yarımmüdafiəçinin transferi üçün hərəkətə keçib. Hətta Azərbaycan çempionu 36 yaşlı oyunçunun meneceri ilə də əlaqə saxlayıb.
Onun adı daha əvvəl "Ayaks" və "Olimpiakos"la da hallanıb.
Qeyd edək ki, Duşan Tadiç 2023-cü ildən "Fənərbağça"da çıxış edib. O, daha əvvəl ölkəsində "Voyvodina", Niderlandda "Qroningen", "Tvente", "Ayaks", İngiltərədə "Southempton" kimi klubların formasını geyinib.