"Barselona" "Kopenhagen"in vingeri Runi Bardji ilə bağlı danışıqları yekunlaşdırmaq üzrədir. Sport24.az xəbər verir ki, bu barədə insayder Fabrisio Romano X sosial media hesabında (keçmiş Twitter) paylaşım edib.
Mənbənin sözlərinə görə, isveçli vinger artıq iyuldan "Barselona"nın düşərgəsinə qoşula bilər. Kataloniya təmsilçisi futbolçuya görə Danimarka klubuna 3 milyon avro təzminat ödəyəcək.
Qeyd edək ki, Bardji Küveytdə anadan olub, lakin İsveçin gənclərdən ibarət milli komandasında oynayır. Runi "Kopenhagen"in heyətində üç dəfə Danimarka çempionu olub və iki dəfə ölkə kubokunu qazanıb.