"Kəpəz" klubundan ayrılan Trent Buhagiarin yeni klubu bəlli olub. Sport24.az xəbər verir ki, 27 yaşlı vinger karyerasını başqa ölkədə davam etdirəcək.
Malta millisinin üzvü Sinqapurun "Tampines Rovers" komandasında çıxış edəcək.
Qeyd edək ki, Trent yanvarın 24-də Gəncə təmsilçisi ilə 6+1 illik müqavilə imzalamışdı. "Sarı-göylər" onun müqaviləsinin uzadılmamasına qərar verib.