Azərbaycan millisinin futbolçusu Mahir Emreli sosial şəbəkə hesabında paylaşım edib. Sport24.az xəbər verir ki, 27 yaşlı hücumçu istirahət günlərindən son fotolarını yayımlayıb.

Forvard bu sözləri yazıb: "İş başlamazdan əvvəl son gün batımı. Yeni klubu, yeni hədəflər - mən artıq hazıram".

Qeyd edək ki, son olaraq Almaniyada "Nurnberq"in uğurları üçün çalışan Mahir Emreli II Bundesliqanın digər təmsilçisi "Kayzerslautern"lə anlaşıb. O, klubla 2+1 illik müqavilə imzalayacaq.