"Sabah" Avstriya toplanışına start verib. Sport24.az xəbər verir ki, ötən gün Qrats şəhərinə yollanan komanda yeni baş məşqçi Valdas Dambrauskasın rəhbərliyi atlında ilk məşqinə çıxıb.

 

"Bayquşlar" hazırlıq çərçivəsində iki yoxlama oyunu keçirəcək. Komanda iyunun 29-da "Rapid" (Buxarest, Rumıniya), iyulun 3-də isə "Pakş"la (Macarıstan) qarşılaşacaq.

 

Qeyd edək ki, "Sabah" UEFA Avropa Liqasında ilk oyununu iyulun 10-da Bakıda Sloveniyanın "Sele" komandasına qarşı keçirəcək. Cavab matçı isə iyulun 17-də Sloveniyada olacaq.